Menu

ABŞ-İran danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq

15.04.2025, 08:52
ABŞ-İran danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq

ABŞ və İran arasında danışıqların əsas mövzuları Tehranda uranın zənginləşdirilməsi səviyyəsinə məhdudiyyətlərin tətbiqi, o cümlədən silahlara, və raketlərə nəzarət olacaq.

APA xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”a açıqlamasında deyib.

“İranlılarla danışıqlarda ilk növbədə iki əsas məqama diqqət yetiriləcək. Birincisi uranın zənginləşdirilməsidir. Onlara 3,67 faizdən artıq zənginləşdirmə lazım deyil. İkinci məqam isə silahların, o cümlədən onların topladıqları raketlərin yoxlanılması mexanizmlərinin təmin olunmasıdır", - Uitkoff bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol