Menu

ABŞ Dövlət Departamenti 139 xarici proqramı ləğv edib

16.04.2025, 11:21

ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistan, Belarus, Moldova və Qırğızıstanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Hökumət Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Dövlət katibi Marko Rubio Dövlət Departamentinin xaricə yardımını diqqətlə nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrant ləğv edilib", - məlumatda bildirilib.

Ləğv edilən layihələr arasında 2,4 milyon dollar dəyərində "Belarusda yaradıcı kontent vasitəsilə dezinformasiyaya qarşı mübarizə" proqramı da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol