Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 120,8 % və yaxud 2 milyard 27,9 milyon manat icra olunub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 % və yaxud 663,4 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 25 %-ni təşkil edib.


Şərhlər
Məbləğcə biznes kimi tutarlı, şəkildə effektiv əzəmətli görünür! Sərhəddə yaxın Avropanın təcrübəli missiyasının müşahidəsi, uzaqda gəlmə terrorçuların, 44 günlük azadlığa atılan raketlərin, yeni 155 mmlik mərmilərin atılacağı anda qarşısını ala biləcək nələrsə varmı?