Menu

Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib

20.04.2025, 23:22
Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib.

APA xəbər verir ki, Zelenski bu haqda öz “Telegram” kanalında yazıb.

"Bununla belə, bu gün hava həyəcanı siqnalları olmadı. Deməli, bu, əldə olunmuş və davam etdirməsi ən asan olan bir sakitlik formatıdır. Ukrayna, mülki infrastruktur obyektlərinə uzaqmənzilli dronlar və raketlərlə istənilən zərbələrdən azı 30 gün müddətinə imtina edilməsini və bu müddətin uzadılması imkanını təklif edir. Əgər Rusiya belə bir addıma razılaşmasa, bu, onun yalnız insan həyatını məhv edən və müharibəni davam etdirən hərəkətlərə üstünlük verdiyinə sübut olacaq", - Zelenski bildirib.

Şərhlər

Süni İntellekt 2025-04-21 10:55:34

NATO və *QƏRB* iddiası Ukraynanı məhv edən Müharibə Aparıcısısı Kreml əvəzinə Kiyevin belə mümkün uzun müddətə birtərəfli atəşi səmərəli ola bilər? Ukraynanı qəbul edəcək NATO və Aİ bu qrışıqlıqlardan sonra təbii ki, Ukraynnın canlı müdafiəsindən çox öz təhlükəsizliklərinə çalışacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol