“Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Səyyad Salahlı (Aran) deyib.
Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır: "Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, sonra nə olsun?"
Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?”

Şərhlər
Təbii ki, dövlətin, varlı hökumətimizin abidələrin bərpası-saxlanması və xalqa təklifi kimi, turizm *sənayesi*nə qulluqdan qazanma şansı da var. Tarixi varlıq, abidə ilə maraqlanan tədqiqatçı-müsafirlər saxtrlığı sevməzlər? Tarixi islam abidəsinin bərpası Mavi Mələyin dumanlı zolağı ilə bitib, cənab MV və Xanım MM Sədri?
Sahbə Qafarova deputatlara ağzını açmağa imkan vermir. Məsləhət görərdim ki, heç olmasa verilişlərdə abidələrin vəziyyətinə baxsın, görsün necə dağılıb gedirlər. Ermənilərə vandal deyirik, bəs öz münasibətimiz vandallıq deyilmi?
Sahibə xanım,o deputat demək istəyir ki, xalq hakimiyyətin yadından illərdir çıxıb.Bacarsan onlara xatırlat ki.onlar bu xalqa görə hakimiyyətdədirlər.xalq əzilir,yaşaya bilmir,hər yer özbaşınalıq,polis qorxusu.verdiyiniz maaş.pensiya ilə xalq yaşaya bilmir Bir az dönüb arxaya baxsınlar.Yalanlarla xalqı nə qədər aldatmağa çalışmaq olar. Axı bunu görünür.