Menu

Hindistan-Pakistan gərginliyi pik həddə - Hər an tammiqyaslı müharibə başlaya bilər

25.04.2025, 10:25
Hindistan-Pakistan gərginliyi pik həddə - Hər an tammiqyaslı müharibə başlaya bilər

"Nüvə dövlətləri olan Pakistan və Hindistan arasında münaqişə təhlükəsi bütün dünya ölkələrinin narahatlığına səbəb olub".

Oxu.Az-ın məlumatına görə, bu barədə Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif "Sky News"a müsahibəsində bildirib.

"İki nüvə dövlətinin toqquşması həmişə narahatlıq doğurur. Əgər nəsə səhv getsə, bu qarşıdurma faciə ilə nəticələnə bilər", - deyə qurum rəhbəri bildirib.

Nazir Pahalqamdakı terror aktından sonra iki ölkə arasında gərginliyin artması ilə əlaqədar Pakistan ordusunun Hindistanın istənilən hərəkətinə ölçülüb-biçilmiş cavab verməyə hazır olduğunu vurğulayıb.

Bununla belə, o, Pakistan və Hindistan arasında tammiqyaslı müharibənin başlama ehtimalını da istisna etməyib.

Şərhlər

Asıf 2025-04-25 11:27:16

Baslasın.ne qede qırılsalar ınsanlıq dunya canlı alemı ucun xeyırdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol