Menu

"Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil" - Trampdan ehtimal

26.04.2025, 21:08
"Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil" - Trampdan ehtimal

ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin bitməsində maraqlı deyil.

“Report” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.

Amerika lideri bildirib ki, Putinin son günlər Ukraynanı atəşə tutmağa heç bir əsası yoxdur: “Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur. Bu, məni onun müharibəni bitirmək istəmədiyini düşünməyə vadar edir. Düşünürəm ki, onunla başqa cür davranmaq lazımdır - “bankçılıq” və ya “ikinci dərəcəli sanksiyalar”? Çox sayda insan ölür!”.

ABŞ prezidenti mediada “Ukrayna müharibəni dayandırmaq üçün öz ərazisini, o cümlədən Krımı geri almalıdır” barədə yazılan xəbərləri gülünc adlandırıb: ““Tayms” qəzetinin son dərəcə qərəzli və bacarıqsız jurnalisti redaktorunun göstərişlərinə əməl edərək yazıb ki, Ukrayna öz ərazilərini, o cümlədən, mənim anladığım kimi, Krımı geri almalı və İkinci dünya müharibəsindən bəri ən pis olan qırğını dayandırmaq üçün başqa gülünc tələblər irəli sürüb. Bu yüngül çəkili müxbir niyə Rusiya Krımı Ukraynadan bir güllə atmadan ələ keçirməyə imkan verənin Obama olduğunu yazmır?”.

Xatırladaq ki, bu gün ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski Papa Fransiskin dəfn mərasimində Vatikanda olublar. Mərasimdən əvvəl onlar “həssas məsələləri” müzakirə etmək üçün qısa görüş keçiriblər.

Şərhlər

B.Qarabağlı 2025-04-27 17:38:09

Hər DİNi etiqad-visdan sahibi olmuş hadisəyə *Uca Tanrının qisməti!?* halallığı verir. Arzulanan hadisələrə *Ya Qismət, Amin!* duası verir. Müasir insanın zehni çoxsaylı hadisələr və bilgiləri ilə zəngindir. Ancaq, insanları daha çox yüklə narahat edən yozmalardır? Kremlin ambisiyası *Kiyev qədim rus paytaxtıdır* kimi devizlər, elə Kiyevə qədər qarşıdakının məhvini düşünür və belə cinayətin qarşısı kəskin alınmalıdır!

Eli 2025-04-26 21:57:08

Trampa hele çatmur ki Putin xestedur ve o düşmenini tam dar madağın etmese dayanmayacaq ya sa gerek kimse Putini ve Rusiyanı darnadağın etsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol