“Bu müharibə olmamalı idi, bu müharibəni biz ermənilər, Ermənistan hökuməti təhrik etdi”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, körpə qatili, kriminal ünsür Robert Koçaryan “Ermənistan Universiteti”nin tələbələri və müəllimləri ilə görüşündə deyib.
Koçaryan 44 günlük müharibəni və Qarabağın Azərbaycan tərəfindən tam azad edilməsini nəzərdə tutaraq, bunun Paşinyan hakimiyyətinin siyasi və hərbi bacarıqsızlığı ilə əlaqələndirib: “Bəli, danışıqlarda uğursuzluğa düçar oldular, məsuliyyətsiz və səs-küylü bəyanatlar verdilər, Türkiyənin Azərbaycanı bütün gücü ilə dəstəkləməsi üçün hər şeyi etdilər və sonda bu nəticəni aldıq. İndi isə belə çıxır ki, hamı günahkardır…”
Koçaryan iddia edib ki, guya onun prezidentliyi dövründə Ermənistan ordusu Azərbaycan ordusundan güclü olub. Dərhal da Rusiyanın Ermənistan üçün nə qədər vacib olduğundan danışıb və indiki hakimiyyəti Rusiyanı “nizamlanma prosesindən” kənarlaşdırdığı üçün ittiham edib: “Ermənistan nə etdi? Təsəvvür edin ki, orada(Qarabağda) rus qoşunları var idi, 2000 nəfər. Onlar təhlükəsizliyi təmin edirdi və sizə deyim ki, müəyyən vaxta qədər öz işini yaxşı görürdü. Və bu zaman Ermənistan lideri Praqaya gedir və deyir: “Mən “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyıram”. Nəticədə ruslar danışıqlar aparmır, heç bir mövqe tutmurlar. Başa düşürsünüz? Siz ciddi düşünürsünüz ki, Rusiya belə rəftar edilə biləcək ölkədir? Beynəlxalq münasibətlərdə belə olmur. Əslində, bununla da vasitəçi kreslosunu Rusiyanın altından çıxardılar. Onda dedilər “bu sən, bu Qarabağ, bu da Azərbaycan, gedin bir-birinizlə danışıq aparın”... Məhz belə səhvlərə görə çox yüksək qiymət ödəməli olduq.
Bu yaxınlarda BMT anti-Rusiya qətnaməsinə səs verdi. ABŞ qətnamənin əleyhinə, Ermənistan lehinə səs verdi. Yaxşı, sən axmaq deyilsən, elə deyilmi? Nə istəyirsən? Bu gün ticarət dövriyyəmizin 60 faizi Rusiyadan gəlir. Mənim vaxtımda Avropa İttifaqı ilə ticarət xarici ticarət dövriyyəsinin təxminən 22-24%-ni təşkil edirdi. İndi cəmi 6-7 faizdir. Rusiya ilə ticarət o vaxt 25% idisə, indi 55-60% təşkil edir. Başa düşmürsünüz ki, belə bir addımdan sonra altından çıxa bilməyəcəyiniz problemlər yarana bilər?”
Ardınca Koçaryan Ukrayna Prezidenti Volodimir Zelenskiyə də söz atıb və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə görə təbii ki, Kremli və “dostu” Putini yox, öz torpağını və ölkəsinin suverenliyini qoruyan Ukrayna rəhbərliyini ittiham edib: “Məsuliyyətsiz rəhbər geniş, maraqlı coğrafiyası və nəhəng resursları olan ölkəni məhv edə bilər. Ukrayna Avropa, ABŞ və Rusiya ilə münasibətlərdə neytral ölkə statusundan ancaq faydalana bilərdi. Ancaq dedilər xeyr, biz NATO-ya gedirik. Gedin. Onlar nə əldə etdilər? Siz sadəcə olaraq son dərəcə güclü qonşu ölkənin təhlükəsizlik maraqlarına məhəl qoymadınız. Bu gün ən maraqlı və firavan ölkələrdən birinə çevrilə biləcək bir ölkə. Öz yerində olmayan adam – bu, problemdir...”
Göründüyü kimi, Koçaryan təcavüzkar Ermənistanın biabırçı və qaçılmaz məğlubiyyətinə görə özündən və özü kimi qatı millətçi ünsürlərdən başqa hamını günahlandırır. Hələ də ümid edir ki,məhz Rusiyanın maşası olmaq sayəsində ermənilər yenidən regionda öz təcavüzkar siyasətlərini və mövqelərini bərpa edə bilərlər...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Azadlıq şərəfi-Şöhrəti gecikmiş tarixində! Kütləvi-etnik deport, *Miatsum!* hərbi genosid cinayətkarlarının nəinki, *qazan*dıqları 33 illik layiqli cəzaları, hələlik heç bir qınlarına da toxunulmadan *dəstək* də almaqdadırlar?
Sən sayğına, xoş münasibətinə-barışa çalış-gözlə fələk yardım edəcək? Cinayətkar-Naxələf daha sonrakı-bitərəfləri də ən azı günahkar edəcək?!? Anlaqsız dinləyici nəinki, Ermənistan universiteti dünya belə yoxdur. Məğzi odur ki, kütləvi terrorbaşı-genosidçini nədən (BMT TŞ qətnaməsindən sonra belə) mühakimə etməyiblər? Tələbələrə hər iki müharibənin sanki, Kremlin erməni mənafeli siyasi və hərbi işləri kimi təqdim edib?
Paşikə bir balaca bizim hökumət kömək etsə ,inanın Paşik hər iki çaqqalı Bakıya təhvil verəcək .Burada kı məhkəmədə edilən etiraflar onların Bakıya ekstradisiyasını tezləşdirə bilər
Bu şerefsiz Cellad "Kişi" kimi etiraf edir ki o ve diger ermeni rehberleri ancaq kiminse "Qucağında" oturanda xüsysen Rusiyanın ermeniker "Kişi ve rehber" olurlar ve bınu bu açıq etiraf edir ve bu tarix boyu bele omub.