Menu

“ABŞ ilə əvvəlki münasibətlər bitdi” - “Qarşıdakı aylar qurbanlar tələb edəcək”

29.04.2025, 16:10
“ABŞ ilə əvvəlki münasibətlər bitdi” - “Qarşıdakı aylar qurbanlar tələb edəcək”

Kanadanın Baş naziri Mark Karni Liberal Partiyasının ümumi seçkilərdə qalib gəlməsindən sonra Ottavada ilk bəyanatını verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Karni çıxışında Kanadanın ABŞ ilə Donald Trampın “51-ci ştat” açıqlamasından və ona qarşı başlatdığı tarif müharibəsindən sonra münasibətlərinin pisləşməsinə toxunub.

Karni ABŞ ilə əvvəlki münasibətlərin bitdiyini deyib: "Bizim Birləşmiş Ştatlarla davamlı olaraq dərinləşən, inteqrasiyaya əsaslanan köhnə münasibətlərimiz sona çatdı. Mərkəzi ABŞ-yə yönəlmiş açıq dünya ticarət sistemi, Kanadanın İkinci Dünya Müharibəsindən bəri arxalandığı, mükəmməl olmasa da, onilliklər ərzində ölkəmizin rifahını təmin etməyə kömək edən sistem artıq başa çatıb".

O, mövcud vəziyyəti “faciə” adlandırıb, lakin əlavə edib ki, “bu, bizim yeni reallığımızdır”.

Karni qarşıdakı ayların çətin olacağını və “qurbanlar tələb edəcəyini” söyləyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol