Menu

Dünya silah anbarına çevrilir - 2024-cü ilin hərbi xərcləri açıqlandı

01.05.2025, 10:33
Dünya silah anbarına çevrilir - 2024-cü ilin hərbi xərcləri açıqlandı

SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) məlumatına görə, 2024-cü ildə dünya üzrə hərbi xərclər rekord həddə — 2,72 trilyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 9,4% çoxdur.

Bu, "soyuq müharibə"nin sonundan bəri ən böyük illik artım hesab olunur.

Regionalara gəldikdə:

Avropa: Hərbi xərclər 17% artaraq 693 milyard dollara çatıb. Bu artım əsasən Ukraynada davam edən münaqişə ilə əlaqədardır.

Yaxın Şərq: Xərclər 15% artaraq 243 milyard dollar təşkil edib. Xüsusilə İsrail diqqət çəkir – o, hərbi xərclərini 65% artıraraq 46,5 milyard dollara çatdırıb.

Afrika: Ümumi hərbi xərclər 52,1 milyard dollar olub ki, bu da 2023-cü illə müqayisədə 3% çoxdur.

Asiya və Okeaniya: Çin 314 milyard dollarla regionda liderliyini qoruyur və bu rəqəm regionun bütün hərbi xərclərinin 50%-ni təşkil edir.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə hərbi xərclərin artımı güclənən geosiyasi gərginlikləri və ölkələrin öz müdafiə qabiliyyətlərini möhkəmləndirmək istəklərini əks etdirir. Dünyada 100-dən çox ölkə müdafiə büdcəsini artırıb. Bu, çox zaman digər dövlət prioritetlərinin hesabına baş verib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol