Hindistan və Pakistan arasında yaşanan hərbi gərginlik bütün dünyanın diqqətini bu iki ölkəyə yönəldib. Məlumata görə, bu gecə Hindistanın raket hücumları nəticəsində 26 mülki şəxs, o cümlədən uşaqlar həlak olub, 46 nəfər isə yaralanıb. Bundan əlavə, Pakistan ordusu Hindistanın beş döyüş təyyarəsini vurduğunu iddia edib. Sərhəd boyunca baş verən silahlı toqquşmalar regionda vəziyyəti daha da kritik hala gətirib. Bu gərginlik fonunda hər iki ölkənin hərbi potensialı və gücü yenidən maraq mövzusuna çevrilib.
“AzPolitika” Hindistan və Pakistanın hərbi arsenalının say qarşılaşdırımasını təqdim edir:

Hindistan ordusunun potensialı
Dünyanın ən çox əhaliyə sahib ölkəsi olan Hindistanın ordu personalı da yüksəkdir. Ümumilikdə 1,46 milyon hərbi personalı olan Hindistan ordusunda 1 milyon 237 min quru qoşunları, 75 min 500 dəniz qüvvələri, 149 min 900 hava qüvvələri və 13 min 350 sahil mühafizə əməkdaşı xidmət edir.

Pakistan ordusunun potensialı
Pakistan ordusunun isə ümumilikdə 700 min hərbi personalı var. Bunlardan 560 mini quru qoşunlarında, 70 mini hava qüvvələrində, 20 mini isə dəniz qüvvələrində xidmət göstərir.

Tank və artilleriya sayı
Konvensional silahlar baxımından Hindistan ordusunda 3 min 740 tank və 9 min 743 top mövcuddur. Pakistan ordusu isə 2 min 537 tank və 4 min 619 topa malikdir.

Hava gücü
Hindistan hava qüvvələrindəki 730 hərbi təyyarə ilə Pakistanın 452 təyyarəsinə qarşı az müəyyən say üstünlüyünə sahibdir.

Donanma gücü
Donanma gücündə isə Hindistan az öndədir - 16 sualtı qayıq, 11 esmines, 16 freqat və 2 aviadaşıyıcı gəmi. Pakistan isə 8 sualtı qayıq və 10 freqata sahibdir.

Nüvə silahları
Hər iki ölkənin ən böyük hərbi avantajlarından biri nüvə silahlarına malik olmalarıdır. Hindistanın 172 nüvə başlığı var. Pakistan isə 170 nüvə başlığına sahibdir.
Onu da qeyd edək ki, say hələ ordunun gücü demək deyil. Pakistan ordusunun döyüş qabiliyyəti Hindistan ordusundan qat-qat yüksəkdir. Bunu Pakistan ordusunun bir gecədə Hindistanın 5 təyyarəsini vurması da əyani sübut edir!
“AzPolitika.info”


Şərhlər