Menu

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO

09.05.2025, 22:55
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO

Konya şəhərində keçiriləcək "Anadolu Ankası-2025" ("Anatolian Phoenix-2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyəyə yola düşüblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol