Menu

PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq

11.05.2025, 20:45
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq

PKK terror təşkilatının həbsdə olan "rəhbəri" i Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.

“Report” xəbər verir ki, bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.

O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq.

Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.

Eyni zamanda terror təşkilatının ləğvi prosesinin praktiki icrasından rəhbərlik şurası məsul olacaq.

Sonuncu isə Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.

Təşkilatın mayın 5-7-də keçirilmiş XII qurultayı barədə yayılan açıqlamada göstərilib ki, nəticələrlə bağlı çox qısa müddətdə ictimaiyyətə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol