Menu

“Əlavə sanksiyalar tətbiq edəcəyik” – Almaniyadan Rusiyaya xəbərdarlıq

12.05.2025, 18:02
“Əlavə sanksiyalar tətbiq edəcəyik” – Almaniyadan Rusiyaya xəbərdarlıq

Məlum olduğu kimi, Fransa, Almaniya, İngiltərə və Polşa liderləri Ukrayna ilə birlikdə Rusiyaya 30 günlük atəşkəs çağırışı ediblər. Bu təşəbbüsə Almaniya hökumətindən əlavə dəstək gələrək, Rusiyanın atəşkəsi rədd etməsi halında yeni sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edilib.

Belə ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius, həftəlik mətbuat konfransında çıxış edərək bildirib:“Əgər Rusiya atəşkəsi qəbul etməzsə, Avropa Birliyi olaraq əlavə sanksiyaları tətbiq edəcəyik.”

Bu bəyanata Moskvanın reaksiyası gecikməyib. Kremlin sözçüsü Dmitriy Peskov Almaniyanın mövqeyini sərt şəkildə tənqid edib. O, Korneliusun açıqlamalarını “qəbulolunmaz ultimatum dili” adlandıraraq, Almaniya tərəfindən daha əvvəl də oxşar hədələrin səsləndirildiyini xatırladıb:

“10 may tarixində də bənzər təhdidlər edilmişdi. Bu ifadələr birbaşa ultimatum kimi səslənir və qəbuledilməzdir,” – deyə Peskov bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol