Menu

Kəmaləddin Heydərov daha bir rəisi təqaüdə göndərdi - Yeni təyinat

19.05.2025, 20:42
Kəmaləddin Heydərov daha bir rəisi təqaüdə göndərdi - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.

Məlumata görə, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. (Qaynarinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol