“Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov mayın 21-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib.
Lavrovun bu açıqlaması Azərbaycanamı ünvanlanıb? Xatırladaq ki, İrəvan 2022-ci ilin 14 sentyabrında şərti sərhəddə baş vermiş döyüşlər zamanı Azərbaycan ordusunun Ermənistan ərazilərinə daxil olduğunu iddia edib. Rəsmi Bakı isə bu iddiaları rədd edib və sərhədlərin dəqiqləşdirilməsi zamanı bütün suallara aydınlıq gətirilməli olduğunu bəyan edib.
Bu hadisədən sonra Ermənistan Rusiyanın himayədarlığı altında olan KTMT hərbi ittifaqındakı fəaliyyətini dondurub. Paşinyan hökuməti hesab edir ki, Rusiya öhdəliklərini yerinə yetirməyib və Ermənistanı köməksiz vəziyyətdə qoyub.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Lavrovun məlum cümləsi o deməkdir ki, Rusiyanın xaricində heç bir ölkə, o cümlədən baş nazir Nikol Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil: “Fikrimcə, Nikol Paşinyan Sergey Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyəcək. Çünki, Paşinyan məhz Rusiyanın iki səbəbdən Ermənistanın maraqlarına zərbə vurduğu qənaətindədir. Birincisi, Paşinyan hesab edir ki, Rusiya 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun Qarabağda anti-terror əməliyyatına imkan verməməli idi. İkincisi, Paşinyan hesab edir ki, Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirdikdə, Rusiya buna adekvat reaksiya vermədi. Halbuki, Rusiyanın Azərbaycana mane olması üçün əsası yox idi”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Güman ki, Şimali Koreya XDRdən və ABŞın Hərbi Silah satıcılarından? 1ci səbəb Şimali yox, Cənubi Koreyadan müasir Hərbi Silah öyrənmələri, 2ci səbəb yenə iri-155 mərmiləri ilə qurğuları ABŞdan yox, Hidistandan almaları ola bilər? Digər *soverşenno sekretno* dövlətləri isə onsuz da hər il azı 5-13 milyardlıq layihə zərərlərindədirlər?