Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, bütün problemlərə baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.
“AzPolitika” xəbər verir ki, Paşinyan bunu ”Yerevan Dialogue” adlı beynəlxalq forumda deyib: "Və mən inanıram ki, xanımlar və cənablar, bütün mübahisələrə, bütün təxribatlara və s. baxmayaraq, Ermənistan və Azərbaycan arasında heç bir müharibə olmayacaq. Sülh olacaq və bu, mənə çox açıq görünür".
Paşinyan qeyd edib ki, sülhə nail olmaq üçün özü şəxsən konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək: "Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam. Çünki hesab edirəm ki, sülhün bağlanması imkanını əldən vermək olmaz".
“AzPolitika.info”

Şərhlər