İşğalçı İsrail ordusu yenidən Suriya ərazisini bombalayıb. Bu dəfə Lazkiyə bölgəsinə yerləşən hərbi hissəyə hava hücumu həyata keçirdiyini iddia edib.

Açıqlamaya əsasən, hücumlar zamanı bölgədəki silah anbarları, o cümlədən gəmisavar raketlər və hava hücumundan müdafiə sistemlərinə aid komponentlər hədəf alınıb.

Bölgəni qan gölün çevirən işğalçı İsrail rejimi  əməliyyatlari davam etdirəcəyini bəyan edib.

Qeyd edək ki, İsrail rejimi son illərdə Suriyaya bir sıra hücumlar həyata keçirib və ölkənin bir hissəsini işğal edib. Beynəlxalq ictimaiyyət bunu qınasa da, İsrail rejimi işğalçılq siyasətini dəyişmir. 

Xatırladaq ki, İsrail hazırda Fələstində də  soyqırım siyasətini da davam etdirir.

"AzPolitika.info"