Qərb mediasına danışan NATO əməkdaşları və diplomatları bildiriblər ki, Şimali Atlantika Alyansı (NATO) Rusiyanın Şərqə genişlənməməsi ilə bağlı yazılı təminat tələbinin heç bir rəsmi müzakirəsini aparmır.
"AzPolitika” xəbər verir ki, bu barədə “Azadlıq” radiosu NATO-nun bir neçə məlumatlı əməkdaşı və diplomatına istinadla məlumat yayıb.
Alyansın konsensus prinsipi əsasında qərar qəbul etdiyini vurğulayan mənbələr, bu mövzunun ən son və əvvəlki rəsmi görüşlərdə gündəmə gəlmədiyini qeyd ediblər.
NATO nümayəndələrindən biri məsələnin hazırda yalnız “akademik müzakirə” səviyyəsində olduğunu bildirib.
Alyansdan nəşrə deyiblər ki, “genişlənməmək barədə yazılı öhdəlik onların (rusların, - red.) asanlıqla əldə edə biləcəyi bir şey deyil”. Çünki dövlətlərin hansı ittifaqa qoşulacağına sərbəst qərar vermək hüququ bir sıra beynəlxalq müqavilələrdə, o cümlədən, 1949-cu il Şimali Atlantika Müqaviləsi, 1969-cu il Vyana Konvensiyasında və 1975-cu il Helsinki Müqavilənin yekun aktında təsbit edilmişdir.
Xatırladaq ki, mayın 28-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin dayandırılması şərtləri kimi Qərb liderlərindən NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq barədə yazılı zəmanət tələb edib.
Buna cavab olaraq, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq açıqlama verərək, ABŞ-ın Rusiyanın genişlənmə ilə bağlı narahatlığını “əsaslı” saydığını və bu məsələni Moskva ilə müzakirə etməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, 2019-cu ildə Ukrayna Ali Radası ölkənin Avropa İttifaqı və NATO-ya tamhüquqlu üzvlüyünü təmin edən dəyişiklikləri qəbul edib. Hərbi vəziyyət dövründə isə bu konstitusiya dəyişikliklərinin dəyişdirilməsi qadağan olunub.
“AzPolitika.info”

Şərhlər
Putine heke çatmlr ki SSRi- ni ABŞ Qerb dağldanda Varşava müqaviilesi İşturakçıları olan dövletler bu gün NATO dadır.ve növbeti merheke Russiyanın dağıdılmasldlr