Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulad bu gün baş tutan danışıqlar başa çatıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Danışıqlar bir saat yarımdan az davam edib. Saat 14:45 radələrində nümayəndə heyətləri müzakirələrə başlayıb. Danışıqları Türkiyənin Xarici İşlər naziri Hakan Fidan açıb. O deyib ki, görüşdə Vladimir Putin və Volodimir Zelenski arasında görüşün təşkili, gələcək məhbus mübadiləsi, atəşkəs perspektivləri müzakirə olunur.

“AzPolitika.info”



***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu başlayıb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlara ölkənin xarici işlər naziri Hakan Fidan, kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi Metin Gürak daxildir.

Qeyd edək ki, üç ildən sonra Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqlar mayın 16-da İstanbulda keçirilib.