Menu

SABİQ NAZİR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Açıqlama

10.06.2025, 21:22
SABİQ NAZİR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Açıqlama

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

"AzPolitika" modern.az-a istinadla xəbər verir ki, eks-nazir hazırda xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam" - deyə, o, bildirib.

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

Şərhlər

Zaur 2025-06-11 08:39:02

Əşşi can zad boş çeydir.Tez işə çıx, əsas vəzifədir.

ƏNHU 2025-06-11 02:21:53

Heç kim səndən ötrü narahat deyil. Ölsən də özün bilərsən, qalsam da. Xalqına nə etdin ki, səndən ötrü narahat olsun. Tonlarla pul yığdın, indi də yeyirsən.Xəstəliyini boynuna almayıb 3 gündən sonra halvası yeyilən çoxlarını görmüşük. Canları ağızlarından çıxmayana qədər xəstəliklərini boyunlarına almırlar.

Rabitəçi. 2025-06-10 22:36:29

Allah şəfa versin,tezliklə sağalıb nəvələrin yanına qayıtsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol