Menu

"İqtisadiyyat böyüdükcə karbon izi də artır" - Elnur Soltanov

12.06.2025, 15:35
"İqtisadiyyat böyüdükcə karbon izi də artır" -  Elnur Soltanov

"İqlim dəyişikliyi probleminin əsas səbəbi enerji sektoru deyil".

Bu fikri energetika nazirinin müavini Elnur Soltanov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında səsləndirib.

O bildirib ki, insanlıq tarixdə heç vaxt bu qədər yaxşı şəraitdə yaşamayıb və bu, ölkələrin iqtisadi inkişafı ilə bağlıdır: "Lakin inkişaf sənaye inqilabı ilə yanaşı, böyük miqdarda enerji istehlakını da tələb edib. İqlim dəyişikliyini təkcə enerji ilə əlaqələndirmək doğru deyil".

Onun sözlərinə görə, atmosferə atılan tullantıların 30%-i kənd təsərrüfatı, tullantı sektoru və digər sənaye sahələrinin payına düşür: "Məsələn, sement istehsalı zamanı karbon dioksid buraxılır və bu, yaşıl enerji ilə də qarşısı alınmayan prosesdir".

Nazir müavini əlavə edib ki, tullantıların əsas mənbəyi inkişaf etmiş ölkələrdir: "Çünki iqtisadiyyat böyüdükcə karbon izi də artır. Bu emissiyaların qarşısını almaq mümkündür, lakin bu, çox böyük maliyyə tələb edir. Daha təmiz iqlim üçün daha çox vəsait xərclənməlidir".

Şərhlər

TEN 2025-06-14 11:08:57

Elmin fatehəsi Naxçıvan klanının AMEA-nı zəbt etməsi ilə verilib.PlAQİAT.KOPYALAMA.OĞURLAMALAR İNKİŞAF EDİB..ORADA " KUKUŞKA XBALİT PETUXA" PRİNSİPİ İŞLƏYİR..LEM BASDIRLIIB.

TEN 2025-06-12 17:53:12

Azərbaycanda iqtisadiyyat var ki.hələ təhlükəsi də olsun.Getdikcə ölkədə idaldan asılııq genş vüsət alıb.işbazlar xaricdən mal daşıyıb xalqı müflis etməklə məşğuldurar.Hökumət isə kənardan baxır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol