“İsfahanda Uranın zənginləşdirilməsi üzrə əsas obyektlərdən biri olan Natanzda yenidən güclü partlayış səsləri eşidilib”, - İran dövlət televiziyası məlumat yayıb.
İran dövlət televiziyası isə Tehrana yeni hava zərbələri endirildiyini bildirib.
“İsrailin İranda həyata keçirdiyi əməliyyatda ABŞ-nin heç bir iştirakı və ya dəstəyi olmayıb” - ABŞ dövlət katibi Marko Rubio bildirib.
****
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirməyə başlayıb.
Dünya KİV-ləri xəbər verir ki, İsrailin hədəfləri arasında nüvə obyektləri, hərbi rəhbərlik, strateji obyektlər var. Tehranda hər tərəfdə partlayış səsləri eşidilir.
İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
İsrail rəsmən İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.
Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.
“İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu qaçılmaz təhlükəyə qarşı tədbir görülməlidir”, - məlumatda vurğulanıb.
Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat lazım olduğu qədər davam edəcək.
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid, digər hərbi rəhbərlər, nüvə alimləri öldürülüb.
İran tərəfi də ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib.
Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, əsas nüvə obyektinin yerləşdiyi İranın mərkəzi İsfahan əyalətinin Natanz şəhərində partlayış səsləri eşidilib.
"Uranın zənginləşdirilməsi üzrə əsas obyektlərdən birinə ev sahibliyi edən Natanzda güclü partlayış səsləri eşidilib", - məlumatda deyilir.



Şərhlər
Dünya KİV-*İsrailin hədəfləri nüvə obyektləri, hərbi rəhbərlik, ...?* Özünə qarşı nüvə təhlükəsinə qarşı qabaqlayıcı tədbir...? ABŞın İraqa hərbi hücumundan dünya KİV eşitməkdədir ki, İraq və İran neçə illərdir qalan dünyanı Nüvə təhlükəsinə məruz qoyur??? Ay, Beynəl Atom təşkilatı, bəs Nüvə mərkəzinə, ya laboratoruna Hərbi zərbə ətrafi vətəndaşlar və mühit üçün reallaşdırılan TƏHLÜKƏ deyilmi?