Menu

"Daha ağrılı cavablar veriləcək” - Pezeşkian

15.06.2025, 19:29
"Daha ağrılı cavablar veriləcək” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.

“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu hücumlar təkrarlanarsa, daha ağrılı cavablar veriləcək” , - İran Prezidenti bildirib.

O bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət etməlidir ki, həmin ərazidən İrana qarşı sui-istifadə edilməsin”.

İraq Baş naziri İsrailin hücumları nəticəsində həlak olan İranın yüksək rütbəli hərbi komandirləri və mülki şəxslərin itkisinə görə başsağlığı verib.

Şərhlər

Bəhrami 2025-06-16 09:36:26

Həftə öncə Hərbi doktrina birliyinə nüvə-atom tədqiqatının daxili hüququ olduğunu Məğrurca bəyan edən İran dövlətinin 9 dəfə kiçik dövlət tərəfindən bircə gecəyə tam Hərbi-texnoloji iflicindən sonrakı Məyus cavabları necə də olsa sülhsevər və tərəqqipərvər insanları bir daha təəcübləndirir və təəssüfləndirir? İran bir daha ən tezi 3-5 ilə yığcam dövlətə çevrilə bilə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol