Menu

"İsrail məqsədlərinə nail ola bilmədi" - İran Prezidenti

24.06.2025, 22:04
"İsrail məqsədlərinə nail ola bilmədi" - İran Prezidenti

İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.

"Report"un xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.

Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.

Şərhlər

Senan 2025-06-25 10:51:39

Israil məqsədinə nail ola bilmədi důzdů,amma sizin rejim důnyanı bir birinə qatmaqda məqsədinə nail ola bildi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol