Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyaın saxlanılması üzrə əməliyyat keçirilib.
"AzPolitika" “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti onu Eçmiədzindəki monastırdan apara bilməyib.
Daha sonra xüsusi təyinatlıları monastırı tərk ediblər. MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.
Belə ki, erməni kilsəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib.
"MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzindənin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq", deyə bəyanatda qeyd edilir.
Ermənistan İstintaq Komitəsi güc strukturlarının arxiyepiskopun saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.
Son məlumata görə isə dövlət çevrilişində ittiham olunan arxiyepiskop Cinayət Axtarış İdarəsinə getmək qərarına gəlib.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.
APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.
Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub.
***
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasında axtarışlar başa çatıb, iqamətgahın qapısı açılıb.
Bu barədə "Sputnik Ermənistan" xəbər verir.
Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrüyə yollanıb, iqamətgahda istintaq hərəkətləri həyata keçirilib. Şirak vilayətinin arxiyepiskopu Mikael Ajapaxyan həmin vaxt orada olmayıb, o, hazırda keşişlərin iclasını keçirmək üçün Eçmiədzindədir. Dava nəticəsində arxiyepiskopu müdafiə etmək üçün toplaşan vətəndaşlardan biri saxlanılıb.
Nəşrin məlumatına görə, maskalı MTN xüsusi təyinatlıları Müqəddəs Eçmiədzin Ana Taxtının ərazisinə daxil olublar. Təhlükəsizlik qüvvələri həyətdə olan jurnalistləri ordan uzaqlaşdırıb.
Bundan əvvəl Eçmiədzinin polis rəisi iqamətgahın ərazisinə daxil olub.
"Əzizlər, Ermənistanın bütün ruhaniləri həbsə hazırdır. Biz hamımız Müqəddəs Eçmiədzinin Ana taxtındayıq. Ya hamımızı apararsan, ya da meyitimizi çıxararsan", deyə Hieromonk Asoqik Karapetyan sosial şəbəkədə yazıb.
Maskalı təhlükəsizlik qüvvələrinin içəri daxil olması keşişlərin qəzəbinə səbəb olub, dava düşüb. Bir neçə dəqiqədən sonra bütün ermənilərin katolikosu II Qaregin onların yanına qalxıb.
Bundan əvvəl hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapahyanı saxlamağa qərar verib. Bu barədə Eçmiədzin Ana taxtında toplaşan keşişlər qarşısında vəkil Ara Zöhrabyan məlumat verib.
Vəkilin qeyd etdiyi kimi, yepiskop İstintaq Komitəsinin qarşısına çıxmalıdır, bundan sonra onun həbsi ilə bağlı məhkəməyə vəsatət veriləcək.
Vəkil arxiyepiskopu qorumaq üçün hər şeyi etmək niyyətindədir. O, hesab edir ki, bu cinayət işi hakimiyyətin kilsə əleyhinə kampaniyasının məntiqinə uyğundur.
Cinayət işi bu il iyunun 17-də açılıb, buna səbəb 2024-cü ilin fevralında yepiskopla müsahibə olub. İstintaqın məlumatına görə, bu müsahibədə hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu devirmək çağırışları yer alıb.
Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə” üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri Baqrat Qalstanyan və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.
Bu arada, Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın saxta audio yazısının internetdə yayılması ilə bağlı iş açıb. İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, bir qrup hücumçu tərəfindən aparılan səsyazmada baş nazir Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin rəhbərlərinə göstərişlər verdiyi iddia edilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən kompüter saxtakarlığı) ilə iş açılıb. Faktla bağlı araşdırma aparılır, cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
"Joqovurd" qəzeti yazır ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan katolikosla bu yaxınlarda keçirdiyi görüşdə onu sakit olmağa və hakimiyyətin hücumları kontekstində təxribatlara boyun əyməməyə çağırıb. Siyasətçi ruhani liderə deyib ki, hakimiyyətin öz iradəsini Kilsəyə diktə etmək hüququ yoxdur, çünki Konstitusiyaya görə, kilsə dövlətdən ayrıdır.
Qəzetin yazdığına görə, Ter-Petrosyan da iddia edib ki, Nikol Paşinyanı yaxşı tanıyır, dayanmayacaq, qışqıracaq, təhqir edəcək, təxribat törədəcək, amma kilsə soyuqqanlılığını itirməməlidir. II Qaregin bildirib ki, son vaxtlar ona vaxtaşırı təhdidlər və xəbərdarlıqlar gəlir, onu getməyə razı salmağa çalışırlar, şantaj edirlər, amma müqavimət göstərməkdə davam edir. Onun sözlərinə görə, son həftələrdə baş nazir kilsənin ən yüksək iyerarxlarına açıq şəkildə hücum edir. Belə ki, mayın 29-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bir sıra kilsələrin vəziyyətini tənqid edərək, onları "zibillə dolu şkaflar" adlandırıb. Ertəsi gün o, arxiyepiskoplardan birini əxlaqsızlıqda ittiham edərək, erməni apostol kilsəsinə və ruhanilərə ünvanlanan sərt yazı dərc edib. Daha sonra onun həyat yoldaşı Anna Akopyan da katolikos və dindarlara qarşı təhqiramiz ifadələr işlədib, II Qaregini "əsas mafioz", onun tərəfdarlarını isə "ölkənin əsas pedofilləri" adlandırıb. İyunun 9-da baş nazir daha da irəli gedərək, bütün ermənilərin katolikosunu subaylıq qaydalarını pozmaqda açıq şəkildə ittiham edərək, övladının olduğunu bildirib. Paşinyan sübut təqdim etməklə hədələyib və ruhani lideri istefaya, dindarları isə patriarxal iqamətgahı boşaltmağa çağırıb. Bu açıqlamalar din adamlarının kəskin reaksiyasına səbəb olub. Qalmaqalın fonunda baş nazir kilsə rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib ki, seçkilərdə dövlət həlledici səsə malik olsun, namizədlər isə etik yoxlamadan keçsinlər.


Şərhlər