Menu

3 MİLYONLUQ MƏNİMSƏMƏ - Alıyev cinayət məsuliyyətinə cəlb edildi

27.10.2026, 11:13
3 MİLYONLUQ MƏNİMSƏMƏ - Alıyev cinayət məsuliyyətinə cəlb edildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi "Azərsu" ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

"AzPolitika" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 3 milyon manat mənimsəmədə ittiham olunur.

Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol