Günəş sisteminin gələcəyi ilə bağlı aparılan yeni tədqiqatlar alimləri həyəcanlandırıb. 

"AzPolitika" xəbər verir ki,  "The New York Times" qəzetinin verdiyi məlumata görə, "Icarus" elmi jurnalında yayımlanan araşdırmada, yaxınlıqdan keçən ulduzların günəş sisteminin sabitliyini poza biləcəyi və bu səbəbdən planetlərin toqquşması və ya sistem xaricinə çıxarılması ehtimalının olduğu açıqlanıb.

Araşdırmanın müəlliflərindən biri olan astronom Nathan Kaib bildirib ki, “Günəşdən Yerlə arasındakı məsafənin yüzlərlə qatına çatdığınız zaman, sistem daxilindəki sabitliyi ciddi şəkildə pozmaq mümkün olur”.

İyunun əvvəlində bu cür toqquşma və ya orbitdən çıxma ehtimalı təxminən 0,2% olaraq göstərilirdisə, yeni modellərə əsasən bu göstərici 0,5%-ə qədər yüksəlib.

Kaib və tədqiqatçı Sin Raymond minlərlə kompüter simulyasiyası apararaq, 5 milyard illik müddəti əhatə edən ssenarilərdə yaxın ulduz keçidlərinin günəş sistemindəki 8 planet və Pluton üzərində yaratdığı cazibə təsirlərini analiz ediblər.

Nəticədə bu ehtimallar hesablanıb:

- Planetlərin ümumi toqquşma və ya orbitdən çıxma ehtimalı: təxminən 0,5%;

- Yer üçün risk səviyyəsi: təxminən 0,2%;

- Merkuri ilə toqquma və orbit pozuntusu riski: %50–80 arasında arta bilər;

- Plutonun sistemdən çıxarılma ehtimalı: təxminən 4%;

- Marsın orbitdən çıxma ehtimalı: təxminən 0,3%.

Raymond bildirib ki, “Merkuri açıq şəkildə ən həssas planetdir”.  Qeyd olunur ki, samanyolu qalaktikasında yüz milyardlarla ulduz, galaktik mərkəz ətrafında hərəkət edir. Avropa Kosmik Agentliyinə məxsus Gaia kosmik teleskopunun məlumatlarına görə, hər milyon ildə təxminən 33 ulduz Günəş sisteminin yaxınlığından keçir. Mütəxəssis Kaib deyir ki, “Əksər keçidlər zərərsizdir, amma böyük və yavaş hərəkət edən ulduzların yaxın keçidi sistemdə ciddi yerçəkim pozuntularına səbəb ola bilər”.

Raymond onu da əlavə edib ki, samanyolu qalaktikasındakı minlərlə ulduz sistemi də oxşar risklərlə qarşı-qarşıyadır. 

"AzPolitika.info"