Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar. Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib?
Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
“Ziyəddin Səfərovun ölümünə səbəb kimi rus həkim xəstəliyi göstərib. Amma biz daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər heç də birinci qardaşdan fərqlənmirdi. Başın dəri örütüyünün iç səthində qan sızmalar, baş beynin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması qənaətinə gəldik. Döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağda arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Kobud sınıqlar var idi. Hətta biz qabırğanın birini tapa bilmədik, götürmüşdülər. Qabırğaların çoxsaylı sınıqları, diafraqmada qan sızmalar, paranefral sahələrdə qan sızmalar, hemotomalar, onurğada yumşaq toxumalarda yayılmış qan sızmalar, xayaların və xayalığın qançırları və qan sızmalar ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən aldığı çoxsaylı xəsarətlərlə əlaqədar ağır posttravmatik şok olub. Kəskin ziddiyyət ikinci meyitdədir. Rusiya ölümə səbəb kimi ürək çatışmazlığı göstərsə də, bz tamamiklə başqa geniş yayılmış travmalar tapdıq”, - Ədalət Həsənov qeyd edib.

Şərhlər
Maraqlıdır, adətən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri bu cür müayinələrin nəticələri barədə rəy verəndə hökmən ölən şəxsin narkotik maddələrin istifadəsi nəticəsində ölməsi haqda nəticə çıxarır. Bu dəfə obyektiv rəy veriblər. Mənim mərhum oğlumun ölüm səbəbini müəyyən edən zaman məhkəmə-tibb ekspertləri meyitin patoloji-anatomik yarmasını aparmadan , ekspertiza müayinəsinin ertəsi günü tərtib edilmiş saxta məhkəmə-histoloji aktına istinadən onun narkotik maddələrin istifadəsi nəticəsində ölməsi məhkəmə-tibbi diaqnoz qoymuşdur. Lakin ixtisasca stomatoloq olan ekspert Samir Mehtiyev narkotik maddə ilə psixotrop maddəni fərqləndirə bilməmiş, güya oğlumun qanında aşkarlanmış psixotrop maddənin qatılığını müəyyən etmədən bu nəticəyə gəlmişdir. Halbuki prokurorluq və polis orqanlarının araşdırmasının nəticələri mərhum oğlumun narkotik və psixotrop maddələrin vasitələrin istifadəçisi olduğunu təsdiq etməmişdir. Ədalət Həsənov isə Samir Mehtiyevi müdafiə etmək üçün meyitin sənədləri üzərində təkrar iki ekspertiza keçirmiş və saxta Rəylər verərək həmin eksperti müdafiə etmişdir. Təkrar ekspertizaları keçirən ekspertlər də narkotiklə psixotrop maddələrin fərqini bilmirlər.