İsrailin hücumlarında öldürülən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqerinin Azərbaycan dilində danışdığı video SEPAH-ın "Telegram" kanalında yayımlanıb.

Videoda yüksək rütbəli iranlı hərbçi Azərbaycan dilində qısa çıxış edərək Təbriz sakinlərinə və Azərbaycan türklərinə xoş sözlərini çatdırıb.

Qeyd edək ki, bu, İranın daxilində Azərbaycan dilinə qarşı illərlə davam edən repressiv siyasətlə ziddiyyət təşkil etdiyi bir vaxtda baş verib.

Xatırladaq ki, general Məhəmməd Baqeri iyunun 13-də qızı Fereşte Baqeri ilə birlikdə İsrailin hücumu zamanı həlak olub.

"AzPolitika.info"