Menu

Rusiya Azərbaycandan pomidor idxalını qadağan edəcək? - Nazirin AÇIQLAMASI

07.07.2025, 21:08
Rusiya Azərbaycandan pomidor idxalını qadağan edəcək? - Nazirin AÇIQLAMASI

Rusiya Kənd Təsərrüfatı Nazirliyi konkret olaraq Azərbaycandan pomidor idxalına qadağa qoymağı planlaşdırmır - bu məsələni bazar özü tənzimləyəcək.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Kənd Təsərrüfatı naziri Oksana Lut deyib.

Onun sözlərinə görə, Rusiyada pomidor və xiyar bazarı kifayət qədər balanslaşdırılıb. Lakin mövsümdən asılı olaraq bu bazar çox dəyişkəndir. Belə ki, yayda çoxlu pomidor və xiyar şəxsi təsərrüfatlarda yetişdirilir:

"Əgər məhsulumuz kifayət qədərdirsə, bu o deməkdir ki, bazar sadəcə olaraq (xaricdən - red.) almayacaq. Əgər kifayət qədər məhsul yoxdursa, bu o deməkdir ki, Azərbaycandan və Özbəkistandan olan dostlarımız bizə kömək edəcək" -deyə, o, bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol