Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağırtonnajlı yük avtomobili yanır.
“Qafqazinfo” xəbər verir ki, TIR qəfil alışmağa başlayıb. Bildirilir ki, TIR tezalışan məhsul olan dezodorant daşıyırmış. Nəqliyyat vasitəsində yanğının təkərdən başlaması, daha sonra yük yerinə keçməsi ehtimal edilir.
Hadisə ilə bağlı FHN-dən bildirilib ki, qurumun 112 qaynar telefon xəttinə Şəkinin Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafzə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Şərhlər