Menu

"İran Hayfa neftayırma zavodunu dağıdıb" - İsrail mediası

09.07.2025, 13:30
"İran Hayfa neftayırma zavodunu dağıdıb" - İsrail mediası

Hayfa şəhərində yerləşən strateji neftayırma zavodu İranın raket hücumları nəticəsində ciddi ziyan görüb.

Bu barədə İsrailin “Israel Defense” nəşri məlumat yayıb. 

Məlumata görə, zavodun infrastrukturuna ciddi zərər dəyib və bu səbəbdən İsrail Nazirlər Kabineti obyektin təcili şəkildə yenidən qurulmasına göstəriş verib.

Qeyd edək ki, Hayfa limanı yaxınlığında yerləşən bu neft emalı zavodu İsrailin enerji təminatında mühüm rol oynayır və illik milyonlarla barrel neft emal gücünə malikdir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol