Menu

ABŞ Ukraynaya sanksiya tətbiq edə bilər - Trampdan növbəti ziddiyyətli bəyanat

24.10.2026, 17:33
ABŞ Ukraynaya sanksiya tətbiq edə bilər - Trampdan növbəti ziddiyyətli bəyanat

ABŞ Ukraynaya və Rusiyaya 200%-lik ticarət tarifləri tətbiq edə bilər. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə bir bəyanatla çıxış edib. O iddia edib ki, belə bir tədbir nəzəri olaraq sülh sazişinə təsir edəcək və müharibənin sonunu sürətləndirəcək.

Onun dediyinə görə, oxşar tariflər "əvvəlki səkkiz müharibənin başa çatmasına" kömək etmişdi. 

"Deyərdim ki, bu səkkizdən beşi məhz ticarət və tariflər səbəbindən dayandırılıb: biz xəbərdarlıq etdik ki, əgər müharibə aparmağa davam etsəniz, hər ikinizə 200% tarif tətbiq edəcəyik və onlar müharibəni bitirdilər", - deyə Tramp Floridada keçirilən Respublikaçıların seçki kampaniyası mitinqində bildirib.

Lakin Ağ Ev rəhbəri daha sonra Moskva və Kiyevə münasibətdə belə bir yanaşmanın effektivliyini şübhə altına alıb: "Bəlkə də bu yanaşmanı dərhal Ukrayna və Rusiyaya tətbiq etməliyik. Mən bu barədə heç vaxt düşünməmişəm. Amma biz onlardan az şey alırıq. Ona görə də bu, onsuz da işə yaramayacaq".

Bu açıqlamalar noyabrın birinci yarısında BƏƏ-də keçirilməsi planlaşdırılan ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli sülh danışıqlarına hazırlıq barədə məlumatlar fonunda səslənir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol