İranda həm Şahın, həm də Xomeyninin hakimiyyətə gəlməsinin arxasında Vaşinqton dayanır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, belə bir açıqalma ilə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak çıxış edib.
Barrak ABŞ-nin İran tarixindəki rolundan danışıb. Onun sözlərinə görə, Şahı taxta "oturdan", 1979-cu ildə isə Ayətullah Xomeynini hakimiyyətə gətirərək Şahı devirən amerikalılar olub.
Qeyd edək ki, Barrakın bu bəyanatı İran tarixində iki əsas epizodla bağlıdır: Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətini bərpa edən 1953-cü il çevrilişi və ölkədə İslam respublikası quran 1979-cu il inqilabı.
Tarixçilər uzun müddətdir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1953-cü il hadisələrində iştirakını etiraf etsələr də, Xomeynini hakimiyyətə ABŞ-nin gətirməsinə dair nəzəriyyə müzakirə mövzusu olaraq qalır. Belə ki, Şah kütləvi etirazlar fonunda ölkədən qaçmışdı, Xomeyni isə İrana Fransadan gəlmişdi.
“AzPolitika.info”


Şərhlər