Menu

İbad Hüseynovun Gürcüstana buraxılmama səbəbi açıqlandı - “Biz ancaq iki ölkəyə sərbəst gedib-gələ bilərik"

23.10.2026, 20:49
İbad Hüseynovun Gürcüstana buraxılmama səbəbi açıqlandı - “Biz ancaq iki ölkəyə sərbəst gedib-gələ bilərik"

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstana səfəri zamanı hava limanında saxlanılıb və ona ölkəyə buraxılmayacağı bildirilib.

Məsələyə Azərbaycanın Gürcüstandakı səfirliyi müdaxilə edib. Səfir Faiq Quliyevin göstərişi ilə konsul Royal Paşayev hava limanına göndərilib. Bundan sonra İbad Hüseynov Azərbaycanın Gürcüstandakı səfirliyinə gedərək Faiq Quliyevlə görüşüb.

Bəs İbad Hüseynovun Gürcüstana buraxılmamsı nə ilə bağlı olub?

Modern.az-ın məlumatına görə, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov bildirib ki, İbad Hüseynova Gürcüstanda hörmətsizlik edilməsi onun müharibədə iştirakı ilə bağlı olub:  “Özü ilə danışdım, hazırda səfirlikdədir və araşdırma hələ də davam edir”.

A.Kərimov deyib ki, I Qarabağ müharibəsinin veteranı olan İbad Hüseynov ermənilər tərəfindən İnterpol xətti ilə axtarışa verilib və Gürcüstanda saxlanılmasının səbəbi də budur. 

O, ermənilər tərəfindən beynəlxalq axtarışa verilən xeyli azərbaycanlı müharibə iştirakçısının olduğunu da əlavə edib: “Biz ancaq iki ölkəyə - Ukrayna və Türkiyəyə sərbəst gedib-gələ bilərik. Bu gün İbad Hüseynovun bəxti gətirdi, amma gələn dəfə hec birimizin bəxti gətirməyə bilər!”.

Qeyd edək ki, oktyabrın 23-də Gürcüstanda “Vətənpərvərlik nümunəsi İbad Hüseynov – Azərbaycan-Gürcüstan dostluğu” adlı tədbirin keçirilməsi nəzərdə tutulur.

İbad Hüseynov 18 oktyabr 1970-ci ildə Xocavənd rayonunda anadan olub. Ona Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə 9 dekabr 2020-ci il tarixində “Milli Qəhrəman” adı verilib.

İbad Heseynov I Qarabağ müharibəsində iştirak edib, cəbhənin Xocavənd istiqamətində döyüşüb. 26 dekabr 1993-cü il tarixində minaya düşərək ağır yaralanan İ.Hüseynov 28 gün komada qalıb. 2-ci qrup müharibə əlilidir. “Azərbaycan Bayrağı” ordeni ilə də təltif olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol