Menu

AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Yarım milyonluq mənimsəmədə təqsirli bilinir

23.10.2026, 09:56
AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Yarım milyonluq mənimsəmədə təqsirli bilinir

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

"AzPolitika" "Report"a istinadla xəbər  verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol