ABŞ Prezidenti Donald Tramp, NBC telekanalına telefonla verdiyi müsahibədə Rusiya ilə bağlı “çox mühüm bəyanat” verəcəyini açıqlayıb. Tramp qeyd edib ki, Vladimir Putinin Ukraynaya qarşı davam edən kütləvi zərbələrinə görə Rusiyadan məyus olduğunu gizlətmir. Onun sözlərinə görə, Kremlin son addımları ABŞ-nin strateji səbrini tükədib.
Tramp bildirib ki, Konqres yaxın zamanda Rusiya enerji resurslarını alan ölkələrə qarşı “çox ağır və ağrılı” sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edəcək. Qanun layihəsi qəbul edilsə belə, onun icrası Prezidentin səlahiyyətində olacaq.
Tramp deyib: “Onlar çox böyük və çox ağrılı qanun layihəsi qəbul edəcəklər, amma onun tətbiq olunub-olunmamasına Prezident qərar verəcək”.
Bu bəyanat həm də onu göstərir ki, Tramp uzun müddət Putin hakimiyyətinə qarşı loyallıq göstərdikdən sonra Rusiyaya qarşı sərt mövqe nümayiş etdirə bilər, əks halda ictimaiyyət qarşısında izahat verməli olacaq.
Donald Tramp müsahibəsində ABŞ ilə NATO arasında Ukraynaya silah göndərilməsini asanlaşdıracaq yeni razılaşmanın əldə olunduğunu da açıqlayıb. Razılaşmaya əsasən, NATO ölkələri ABŞ silahlarını əldə edərək Ukrayna ordusuna ötürəcək və ödənişi özləri həyata keçirəcəklər. “Biz silahları NATO-ya göndəririk, NATO isə həmin silahları Ukrayna ordusuna verir və ödənişi də özü həyata keçirir”.
Bu, eyni zamanda ABŞ-nin hərbi-sənaye kompleksinin Ukrayna müharibəsindən iqtisadi fayda əldə etdiyini göstərir.
Tramp administrasiyası eyni zamanda Ukrayna münaqişəsinin həlli üçün “yol xəritəsi”nin hazırlanması ideyasını dəstəklədiyini bəyan edib. Beləliklə, NATO ilə əldə olunan silah razılaşması ABŞ-nin hərbi sənaye maraqlarının regiondakı münaqişələrdə necə aktiv rol oynadığını bir daha nümayiş etdirir. Trampın açıqladığı “mühüm bəyanat” isə gözlənilən sanksiyalar paketi və ya daha kəskin diplomatik addım ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Dünya 5 , 10 nəfər dəlinin əlində qalıb
Fantoması cırnatdılar yenə....
Sanıram Trampın Ukrayuna qonusunda çabaları Rusiyanı şərtləri nəzərə alınmadan nəticə verməyəcək. Bəzilərinin düşündüyü kimi də Tramp Kremli bombalamayacaq. Deyə bilər ama buna risq edə bilməz. Çünki, o bunun nə ilə nəticələnəcəyini gözəl bilir. Rusiya Ukrayna müharibəsi yenicə başlamışdı hələ, Sayın ERdoğan müharibəsinin ilk günlərində jurnalistlərlə görüşündə demişdi ki, "təssüf ki Avropa Rusiyanın gücünü çox hafife aldı". 59 Qerb ölkəsi 3 ildən artıqdır ki Ukraynada Rusiyaya qarşı cənlı qüvvə istisna ( bəlkə də gizli şəkildə bu da var) bütün vasitələrlə ona dirəniş göstərirlər. Nəticə də ortada. Məhz Macarıstan Baş naziri Viktor Orban da bir daha bu gerçəyi Avropalıların üzünə söyləyir ki, bəylər artıq uduzmusunuz. Əbəs yerə çabalamayın. Təbii ki, bu müharibədə Olan isə, Ukrayna və ukraynalılara oldu. Ona görə də bu müharibə başlayandan həmişə söylədiyim bir fikri, bir daha da altını cızaraq söyləyirəm ki, bu müharibə səriştəsiz və siyasətdə naşı Zelenskinin Avropalılara zamansız aşiqliyinin ucbatından baş verdi. Analmadı ki, Tarixdə düşməninin gücünü küçümsəyənlərin aqibətləri sonda məğlubiyyət olub. Olaki də regonun indiki güc mərkəzi sayılan Rusiyanın geopalitiq maraqlarını görməzdən gələsən. Anlamazdı da, çünki Zelenski də nə tarixi biləcək qədər savad, nə də siyasi təcrübə var idi. Ona görə də regonumuzda baş verən bütün bu olaylar kondeksində, Rusiya ilə yürüdtüyü balanslı siyasətə və dik duruşa görə həmişə Azərbaycan Respublikasının Prezidentini təqdir etmişəm. Baxmayaraq ki keçmişdə də, bu gün də iki ölkə arasındakı siyasətdə obyektiv və subyektiv səbəblərdən dolayı, zaman -zaman qabarmalar və ziddiyyətlər olub və olur da. Sözsüz ki, bu da təbii haldır. Ona görə də Rusiya ilə bağlı zaman öz sözünü deyənə kimi, bu siyasət belə də davam etdirilməlidir.