İranın yeni Baş Qərargah rəisi general Əmir Musəvi İsrailə qarşı sərt bəyanatla çıxış edib.
O, Tehranın qərbində İran Milli Təhlükəsizlik Ali Şurasının toplantısı zamanı təşkil edilən hücuma cavab olaraq, Tel-Əvivə qarşı daha sərt və dağıdıcı tədbirlər görüləcəyini bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Hava və Kosmik Qüvvələrinin qərargahına səfəri zamanı çıxış edən general Musəvi deyib:“Düşmənlər yenidən səhv etsələr, döyüşçülərimiz əvvəlkindən daha qətiyyətli və dağıdıcı cavab verməyə tam hazırdır".
Qeyd edək ki, Əmir Musəvi bu vəzifəyə 13 iyun 2025-ci ildə, İsrailin 12 günlük hərbi əməliyyatı zamanı selefi general Məhəmməd Bakıri həlak olduqdan sonra təyin edilib.
"AzPolitika.info"


Şərhlər