Kamerunun 92 yaşlı prezidenti Paul Biya 8-ci dəfə prezidentliyə namizədliyini irəli sürüb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, bu bəyanat uzun müddətdir Biyanın yaş və səhhət səbəbilə namizəd olmayacağı ilə bağlı yayılan şayiələrdən sonra verilib və ölkədə ciddi siyasi müzakirələrə səbəb olub.

1982-ci ildən bu yana Kameruna rəhbərlik edən Paul Biya Afrikada Ekvatorial Qvineya Prezidenti Teodoro Obianqdan sonra ən uzun müddət hakimiyyətdə qalan ikinci liderdir. Biya Fransa müstəmləkəsindən azad olan Kamerunun yalnız ikinci prezidentidir.

Prezident sosial şəbəkədə yaydığı mesajında “qarşıda daha yaxşı günlərin olduğunu” deyib və bu sözlərlə ölkəni idarə etməyə davam etmək əzmini ifadə edib.

“Əmin olun ki, sizə xidmət etmək əzmim qarşımızda duran ciddi çağırışlara tam uyğundur", -deyə o qeyd edib.

"AzPolitika.info"