Menu

Tbilisidə bina uçqunu - Ölənlər var

14.07.2025, 23:56
Tbilisidə bina uçqunu  - Ölənlər var

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşən yaşayış binasının uçub. 

"Report" Gürcüstan bürosunun məlumatına əsasən, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Gela Qeladze bildirib.

Nazir qeyd edib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi (tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə istintaq başladılıb.

“Xilasetmə xidmətləri və polis qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə xidmətinin əməkdaşları hazırda axtarış-xilasetmə işlərini davam etdirir”, - Qeladze əlavə edib.

“İşlər intensiv şəkildə davam etdirilir. Əvvəl bir nəfərin dünyasını dəyişdiyini bildirmişdik. İndi isə daha bir ölü tapılıb. Dağıntı yerində əməliyyatlar davam edir, əlavə təfərrüatlar barədə sizi məlumatlandıracağıq”, - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol