İranda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin regional təhlükəsizlik və sabitliklə bağlı dördtərəfli görüşü keçirilib.
Görüşə İran tərəfindən ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai rəhbərlik edib. Səudiyyə Ərəbistanını müdafiə naziri Xalid bin Salman, Pakistanı ordunun komandanı Asim Münir, Türkiyəni isə Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edib.
İclas Pakistanın təklifi, İranın yardımı və əməkdaşlığı ilə çağırılıb. Görüşdə regional təhlükəsizlik, ABŞ-İsrail hücumlarının davam etməsi, Fələstin və Livan xalqlarına yardım məsələləri müzakirə olunub.
Görüşlə bağlı İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İslam ölkələri ortaq imkanlara arxalanaraq dünyaya ədalət və inkişaf modeli təqdim edə bilər. İran bu dövlətlərlə istənilən faydalı anlaşmanı dəstəkləməyə hazırdır.
Prezident qeyd edib: “İran İslam ölkələrinin vəhdətini və həmrəyliyini gücləndirmək üçün hər cür anlaşmanı dəstəkləyir. İslam ölkələri arasında yaxınlaşma zəruridir. İran qəti inam və ciddi iradə ilə regional əməkdaşlığın dərinləşdirilməsi, ixtilafların aradan qaldırılması və İslam ölkələrinin ortaq imkanlarından yararlanmaq istiqamətində addımlar atmağa, regionun vəhdəti, həmrəyliyi, təhlükəsizliyi və inkişafının güclənməsinə səbəb olacaq hər bir anlaşmanı dəstəkləməyə hazırdır”. / ”Report"


Şərhlər