Menu

KİMLƏRİN PENSİYALARINA ƏLAVƏLƏR EDİLƏCƏK? - Məbləğlər açıqladı

26.10.2026, 10:24
KİMLƏRİN PENSİYALARINA ƏLAVƏLƏR EDİLƏCƏK? - Məbləğlər açıqladı

“Əmək Pensiyaları” haqqında Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsinə keçilir. Yəni, bəzi vətəndaşların pensiyalarına aylıq sabit məbləğ əlavə olunacaq.

İqtisadçı deputat Vüqar Bayramov bu dəyişiklikləri şərh edərkən xatırladıb ki, son günlər cəmiyyətdə aylıq pensiya əlavəsinin kimlərə şamil olunması və necə hesablanacağı ilə bağlı xeyili müzakirələr aparılır:

"Dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir".


Deputat daha sonra əsas detalları açıqlayıb: "Sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərinə, Baş naziri və Baş 4 nazirinin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, Muxtar Respublikanın mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, yerli icra hakimiyyəti başçısına, Media və Yayım Şurasına, 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Televiziya və Radio Şurasının üzvlərinə, sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq palata üzvlərinə, İnsan hüquqları üzrə müvəkkili və Naxçıvan İnsan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsman və 2026- cı il aprelin 10-dək mövcud olan Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərinə, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşlarına və Müdafiə Nazirliyinin hərbiçilərinə şamil olunur. Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalar ilə aparılacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol