Bakıda baş verən insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"AzPolitika" xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində qəbul edilib. Ə.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Əlizadə konkret olaraq Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik və təşkilat tərkibində iştirak etmə) 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü (Narkotiklərlə bağlı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qetd edək ki, bundan əvvəl Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan digər şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib. Onlar barədə qərar Xətai Rayon Məhkəməsində qəbul olunub.
Qərara görə, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
Əhməd Əlizadə ikə bağlı qərarın Xətai Rayon Məhkəməsində çıxarılmaması da məlum olun. Belə ki, Xətai Rayon Məhkəməsi hakimlərinin öz-özlərinə etirazına görə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.


Şərhlər