Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi bildirilir.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Jurnalist Talat Atilla isə Oktay Saralla telefon danışığının səs yazısını paylaşaraq onun prezidentin göstərişi ilə vəzifəsindən ayrıldığını dediyini bildirib.
Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:
“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - deyə o bildirib.
‘Bu, Azərbaycanla bağlı açıqlamalarınıza görədir?’ - deyə soruşdum.
‘Bəli, elə görünür’, — cavabını verdi.
Daha sonra bu sözləri dedi: ‘Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizin uğurudur’”.
Qeyd edək ki, Oktay Saral bir müddət əvvəl Azərbaycanla bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.


Şərhlər