Kafedəki ölüm hadisəsi ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu, cinayətkar dəstənin üzvü Əhməd Əlizadə məhkəməyə gətirilib.
Bununla bağlı “Real TV” görüntülər yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.
Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.
Hadisədən sonra qətli törədib qaçaraq gizlənən “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.


Şərhlər