İsrail Müdafiə Ordusu Qəzza zolağının mərkəzi hissəsində Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarını məhv etdiyini açıqlayıb.
Bu barədə İsrail hərbçilərinin bəyanatında bildirilib.
"SAXAL aviazərbə endirərək Qəzza zolağının mərkəzi hissəsində yerləşən silah anbarını tamamilə məhv edib. Bu obyekt HƏMAS-ın hərbi qanadı tərəfindən avtomatlar, buraxılış qurğuları və raketlər də daxil olmaqla, müxtəlif növ silahların saxlanılması üçün istifadə olunub", – məlumatda qeyd edilib.
İsrail ordusu HƏMAS-ın döyüş potensialını bərpa etmək və İsrail hərbçilərinə qarşı istifadə oluna biləcək silahlar əldə etmək cəhdlərinin qarşısını almaq üçün tədbirləri davam etdirəcəyini vurğulayıb.


Şərhlər