Menu

"İrandakı müharibə Avropaya 100 milyard avrodan çox zərər vurub" - İspaniya Baş Naziri

25.10.2026, 14:51
"İrandakı müharibə Avropaya 100 milyard avrodan çox zərər vurub" - İspaniya Baş Naziri

İspaniyanın Baş naziri Pedro Sançez bildirib ki, ölkədəki inflyasiyanın əhəmiyyətli bir hissəsi İrandakı müharibədən qaynaqlanır və bunun iqtisadi nəticələri Avropaya 100 milyard avrodan çox ziyan vurub.

"Report" xəbər verir ki, bu barədə İspaniya hökumətinin başçısı "El País" qəzetinə müsahibəsində deyib.

"Bu inflyasiyanın əhəmiyyətli hissəsi, hətta hamısı İrandakı müharibə ilə bağlıdır. Biz bu müharibəyə elə ilk gündən qarşı çıxmışıq", – Sançes qeyd edib.

Onun sözlərinə görə, münaqişənin iqtisadi nəticələri Avropaya 100 milyard avrodan çox başa gəlib. Baş nazir bildirib ki, İspaniya qiymət artımının təsirlərini azaltmaq məqsədilə əhalinin sosial müdafiəsi tədbirlərinə ilin sonunadək 12 milyard avro ayırıb.

Bununla yanaşı, Sançes vurğulayıb ki, "ən ucuz tədbir bu müharibəyə son qoymaq olardı".

İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, sentyabrda ölkədə illik inflyasiya 4,9 %-ə çatıb. Bu, 2023-cü ilin fevralından bəri qeydə alınan ən yüksək göstəricidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol