Menu

"Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq" - Zelenski

15.07.2025, 00:27
"Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq" - Zelenski

Prezident Volodimir Zelenski təsdiqləyib ki, Almaniya və Norveç Ukrayna üçün "Patriot" zenit-raket komplekslərini alacaq.

"Report"un məlumatına görə, o bu barədə Telegram kanalında yayımlanan müraciətində bildirib.

Zelenski vurğulayıb ki, Almaniya iki, Norveç isə bir "Patriot" üçün ödəniş etməyə hazırdır.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtondan Ukraynaya yeni silah tədarükünə "Patriot"lar da daxil olacaq. Onun sözlərinə görə, ümumilikdə 17 zenit-raket kompleksinin tədarükü nəzərdən keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol