Menu

Zelenski Ukraynanın yeni müdafiə nazirinin adını açıqladı

15.07.2025, 01:03
Zelenski Ukraynanın yeni müdafiə nazirinin adını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıhalın yaxın günlərdə gözlənilən istefasından sonra ölkənin yeni müdafiə naziri vəzifəsinə gətiriləcəyini açıqlayıb.

APA bu barədə Zelenski şəxsi "Telegram" kanalında yayımladığı videomüraciətində bildirib.

"Denis Şmıhalın böyük təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində çox faydalı olacaq. Hazırda ölkənin bütün resursları, əsas prioritetləri və ən böyük məsuliyyəti məhz bu sahəyə yönəlib", – deyə Zelenski vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol